Welcome


Dillər Məktəbinə xoş gəlmişsiniz!

 

Əziz Tələbələr,

Ömür yolunun ilk müvəffəqiyyət mərhələləri sayılan tələbə həyatına atdığınız bu uğurlu addımda sizləri, hər zaman maddi və mənəvi dəstəyiniz olan ailə üzvlərinizi, o cümlədən bu uğurun davam etdirilməsində əhəmiyyətli rolları olan müəllimlərinizi səmimi qəlbdən salamlayıram!

Göstərdiyiniz əzm və cəhd nəticəsində qazandığınız tələbə adı və yeni tədris ilinin başlaması münasibəti ilə sizləri təbrik edirəm!

Peşəkar, səmimi və bacarıqlı müəllim heyyəti tərəfindən tədris edilən intensiv ingilis dili dərslərinin akademik təcrübənizdə və iş həyatınızda mühüm rol oynayacağından  əmin ola bilərsiniz. Tədris müəssisəmizdəki innovativ tədris vəsaitlərindən, Dil Laboratoriyasından və Kitabxana xidmətlərindən istifadə edərək effektiv xarici dil bacarıqlarını mənimsətmək ən əsas hədəfimizdir.

Ümidvaram ki, dərslərinizə ciddi yanaşacaq, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcək, sizdən tələb olunan qaydalara riayət edəcək və universitet illərində qarşınıza çıxacaq fürsətlərdən zamanında istifadə edəcəksiniz.

Hər birinizə sağlamlıq, uğur və müvəffəqiyyətlər arzulayıram!

 

 Ramil Hacıyev

Dillər Məktəbinin direktoru