Müəllimlərin Təkmilləşdirmə Proqramı Yekunu

Müəllimlərin Təkmilləşdirmə Proqramı Yekunu
25 Apr 2016 14:06 | Visited: 287

Keçən həftə Qafqaz Universiteti Dillər Məktəbində ABŞ-ın Azərbaycandakı Səfirliyinin sponsorluğu ilə həyata keçirilən Müəllim Təkmilləşdirmə Proqramı başa çatmışdır. Bir ay davam edən intensiv proqramda ümumilikdə 46 nəfər pedaqoji və administrativ heyət iştirak etmiş və sonda uğurlu iştiraka görə sertifikatla mükafatlandırılmışlar. Sertifikatların təqdimatı Qafqaz Universiteti Dillər Məktəbinin müdiriyyəti və ABŞ səfirliyinin əməkdaşlarının iştirakı ilə baş tutmuşdur. Təqdimatda çıxış edən ABŞ-ın İctimai İşlər Şöbəsinin əməkdaşı xanım Eymi Pitersen (Amy Petersen) Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnun olduqlarını və gələcəkdə də bu cür layihələrdə birgə iştirakı arzuladıqlarını bildirib. Səfirliyin İngilis dili proqramları koordinatoru xanım Zulfiyə Əsgərova isə öz çıxışında müəllimləri dil tədrisinin təkmilləşdirilməsi sahəsində təşkil olunacaq növbəti proqramlar barədə məlumatlandırmış və müasir elmi-pedaqoji materiallardan bəzilərindən nümunələr təqdim etmişdir. Proqramın sonunda bütün iştirakçılar xatirə fotosu ilə anı əbədiləşdirmişlər.

Student Life


Proficiency (müvəffəqiyyət) imtahanı...

Əziz Dillər Məktəbi tələbələri! Nəzərinizə çatdırmaq istəyirik ki, A2 və B1 səviyyəsində təhsil alan tələbə read more »

Debat...

On June 29th-30th, the experience tournament was organized with the organization of the Qafqaz University DebateClub.In read more »

Chess Competition...

Chess competition was held among the students as well. Winners of tournament: 1 PLACE VALİ ZEYNALZADA 2 PLACE MİRCALAL read more »

Football competition...

Each year sports department of Qafqaz University organizes competitions among preparation classes. Firstly from 15 read more »